Şahin Diniyev: "Şimali İrlandiya ilə oyunda soyuqqanlı olmaq lazımdır"

13:54 - 6 İyun 2017

Millimizin sabiq çalışdırıcısı və hazırda "Kəpəz"in baş məşqçisi olan Şahin Diniyev Sportal.az saytına açıqlama verib.

 

Təcrübəli mütəxəssis millimizin Şimali İrlandiyaya qarşı keçirəcəyi oyun haqda danışıb. Diniyev millimiz üçün asan oyun olmayacağını bildirib:

 

“Hamı kimi mən də qələbə gözləyirəm. Bizim üçün çox önəmlidir. Hər şeyə real yanaşmaq lazımdır. Amma futbolçuları təzyiq altında saxlamaq olmaz. Şimali İrlandiya sıradan rəqib deyil. Onların da hədəfləri var. Asan oyun olmayacaq. Rəqib Bakıya qələbə üçün gələcək. Futbolçuları “mütləq qələbə qazanmalıyıq” deyib təzyiq altında qoymaq olmaz. Daha sakit və soyuqqanlı olmaq lazımdı. Şimali İrlandiya aşağı səviyyəli komanda deyil. Son Avropa çempionatının iştirakçısı olublar”.

 

Qeyd edək ki, Şimali İrlandiya - Azərbaycan oyunu iyunun 10-u, saat 20:00-da  Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Xəbər xətti