Türkiyə klubunda yeni baş məşqçi

01:23 - 7 İyun 2017

Türkiyə Super Liqasında mübarizə aparan “Konyaspor” klubunun yeni baş məşqçisinin adı müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Konya təmsilçisi son olaraq “Osmanlıspor”da çalışan Mustafa Reşit Akçaya tapşırılıb. Klub rəhbərliyi bir neçə baş məşqçi ilə danışıq aparsa da, sonra Akçaya güvənməyi üstün tutub. 58 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Akçay bu postda bir neçə gün öncə komandadan ayrılan Aykut Kocamanı əvəz edib.

Xəbər xətti