"Kəpəz"in futbolçusu Fransa klubunun hədəfində ÖZƏL

11:54 - 7 İyun 2017

"Kəpəz"in müdafiəçisi Renan Alveş da Silvayla müqaviləsi başa çatıb.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə, Gəncə klubu braziliyalı futbolçuya yeni müqavilə təklif edib. Lakin Alveş "sarı-göylər"ə son cavabını verməyib.

 

24 yaşlı mərkəz müdafiəçisinin agenti Fransanın II Liqasından yüksək liqaya vəsiqə qazanan klubundan təklif aldıqlarını "Kəpəz"ə bildirib. Əgər Renanın Fransa klubuna keçidi baş tutmasa, o, Gəncə klubunda qalacaq.

 

Bu mövsüm Fransa II Liqasından elitaya yüksələn klublar "Strazburq" və "Amyen" klublarıdır.

 

Qeyd edək ki, Renan Alveş "Kəpəz"ə Portuqaliyanın "Jil-Visente" klubundan gəlmişdi.

Xəbər xətti