"Beşiktaş"da ayrılıq

16:59 - 7 İyun 2017

Son Türkiyə çempionu olan "Beşiktaş"da ayrılıq gerçəkləşib.

 

Sportal.az xəbər verir ki, komandadan Luis Rodolfo ayrılıb. Braziliyalı müdafiəçi karyerasını ölkəsində davam etdirəcək. 30 yaşlı futbolçu "Flamenqo"ya transfer olub. İstanbul klubu bu keçidə görə 1,4 milyon avro təzminat alıb.

 

Qeyd edək ki, "qara qartallar" Rodolfonu 2 mövsüm əvvəl "Qremio"dan 3,3 milyon avroya transfer etmişdi.

Xəbər xətti