"Qarabağ"ın qolunu saymayan hakim Türkiyənin oyununa təyinat aldı

18:43 - 7 İyun 2017

Türkiyə milli komandası DÇ-2018-in seçmə mərhələsi çərçivəsində səfərdə Kosovanın qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, bu qarşılaşmanın hakimləri müəyyənləşib. Belə ki, matçı Çexiya Futbol Federaiyasından Miroslav Zelinka idarə edəcək. Ona həmyerliləri Ondrey Pelikan və Yan Patak kömək edəcək.

 

Qeyd edək ki, Kosova - Türkiyə görüşü 11 iyun tarixində Bakı vaxtilə saat 22:45-də start götürəcək.

 

Xatırladaq ki, Miroslav Zelinka 2014/2015-ci il mövsümündə Avropa Liqasınınson turu çərçivəsində İtaliya "İnter"i ilə görüşdə "Qarabağ"ın qolunu saymamışdı.

Xəbər xətti