Almaniya millisinin yekun heyəti açıqlandı

19:06 - 7 İyun 2017

Rusiyada keçiriləcək Konfederasiyalar kubokunda iştirak edəcək Almaniya millisinin yekun heyəti açıqlanıb.

 

Sportal.az xəbər verir ki, baş məşqçi Yoahim Löv əsasən gənc futbolçulara dəvət göndərib. Bundestimin yekun heyətini diqqətinizə çatdırırıq:

 

Qapıçılar: Bernd Leno (“Bayer”), Mark-Andre ter Ştegen (“Barselona”, İspaniya), Kevin Trapp (PSJ, Fransa)

 

Müdafiəçilər: Mattias Ginter (“Borussiya”, Dortmund), Yonas Hektor (“Köln”), Benyamin Henriks (“Bayer”), Yoşua Kimmix (“Bavariya”), Şkodran Mustafi (“Arsenal”, İngiltərə), Marvin Plattenhardt (“Herta”), Antonio Rüdiger (“Roma”, İtaliya), Niklas Züle (“Hoffenhaym”)

 

Yarımmüdafiəçilər: Yulian Brandt (“Bayer”), Əmrə Can (“Liverpul”, İngiltərə), Kerem Demirbay, Sebastyan Rudi (hər ikisi “Hoffenhaym”), Dieqo Demme (“Leyptsiq”), Yulian Draksler (PSJ, Fransa), Leon Qoretska (“Şalke”), Lars Ştindl (“Borussiya”, Mönhenqladbax)

 

Hücumçular: Sandro Vaqner (“Hoffenhaym”), Timo Verner (“Leyptsiq”), Amin Yunes (“Ayaks”, Hollandiya) 

 

Qeyd edək ki, Almaniya millisi Konfederasiyalar kubokunda Kamerun, Çili və Avstraliya yığmaları ilə bir qrupda mübarizə aparacaq.

Xəbər xətti