Sabiq "Qəbələ"lidən Özil açıqlaması

19:37 - 7 İyun 2017

Qəbələ”nin sabiq baş məşqçisi Toni Adams “Arsenal”ın baş məşqçisi Arsen Vengerə növbəti dəfə ismarıc yollayıb.

 

Sportal.az xəbər verir ki, Adams klubun transfer siyasətini sərt şəkildə tənqid edib:

 

“Özilin "Arsenal"a transfer edilməsi düzgün addım deyildi və bu təhqir idi. Cek Uilşir də Özil kimi güclü futbolçudu və heyətdə yer alırdı. Amma klub transfer fəaliyyətində düzgün addım atmır. Uilşirin yerində olsaydım, Arsen Vengerə zəng edərək “Mən Özillə eyni səviyyəli futbolçuyamsa, sən hansı əsasla onun transferinə 45 milyon avro xərcləyirsən?” deyərim"

Xəbər xətti