Çempionlar Liqası və Avropa Liqasının finalı Bakıda keçirilə bilər

12:12 - 8 İyun 2017

UEFA avrokuboklarda 2018/19 mövsümünün final oyunlarına namizəd şəhərlərin son siyahısını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, Çempionlar Liqasının final matçına 2 namizəd var: Bakı Olimpiya Stadionu və İspaniyanın "Estadio Metropolitano" (Madrid) stadionu.

 

Avropa Liqasının final görüşün təşkil etmək istəyən namizəd stadionların sayı isə 3-dür. Bakı Olimpiya Stadionu, İspaniyanın  "Ramon Sançes Pisxuan" (Sevilya) və Türkiyənin “Vodafon Park Stadyum”u Avropa Liqasının finalını keçirmək üçün namizəddir.

 

UEFA Superkubokunda isə finala ev sahibliyi etmək üçün 7 şəhər namizəddir: Tirana (“Qemal Staffa”, Albaniya), Tuluza (“Tuluza”, Fransa), Hayfa (“Sammi Ofer”, İsrail), Astana (“Astana Arena”, Qazaxıstan), Belfast (“Vindzor Park”, Şimali İrlandiya), Qdansk (“Qdansk Arena”, Polşa) və İstanbul (“Vodafon Park Stadyum”, Türkiyə).

 

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsin sentyabrın 21-də qalib şəhərlərin adını açıqlanacaq.

Xəbər xətti