Kamal Quliyev "Neftçi"də

12:44 - 8 İyun 2017

"Neftçi”də iki təyinat reallaşıb.

 

Sportal.az xəbər verir ki, Kamal Quliyev "Neftçi” Futbol Akademiyasının baş seleksiyaçısı, Eldəniz Yusifov isə əsas komandanın baş meneceri vəzifəsinə təyin olunub.

 

Kamal Quliyev 1997-2002-ci illər ərzində "Neftçi”də çıxış edib, 135 oyunda 24 qol vurub. 1999-cu ildə Azərbaycan kubokunun qalibi olmuş Quliyev 2011-2014-cü illərdə əsas komandada məşqçi vəzifəsini yerinə yetirib. Onun son iş yeri "Neftçala" klubu olub.

 

Eldəniz Yusifov isə 2005-2017-ci illər ərzində AZAL klubunda müxtəlif vəzifələrdə çalışıb.

Xəbər xətti