Türkiyə millisinin yeni kapitanı müəyyənləşdi

17:43 - 8 İyun 2017

Türkiyə milli komandasının yeni kapitanının adına aydınlıq gəlib. 

 

Sportal.az xəbər verir ki, millinin yeni kapitanı "Fənərbaxça"nın futbolçusu Məhmət Topal olacaq. Selçuk İnanla Gökhan Gönül isə vitse-kapitan vəzifəsini yerinə yetirəcəklər. 

 

Qeyd edək ki, Türkiyə millisinin əsas kapitanı Arda Turan idi. O, Makedoniya ilə yoxlama oyununda sonra yığma karyerasını başa vurduğunu açıqlamışdı. 

Xəbər xətti