"Bursaspor" millimizin üzvünü transferə çıxardı

12:26 - 9 İyun 2017

"Bursaspor" mövsümün gedişində əsas komandadan uzaqlaşdırdığı Azərbaycan millisinin üzvü Dəniz Yılmazı satışa çıxaracaq.

 

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "ağ-yaşıllar" forvard üçün elə də böyük məbləğ tələb etmir. Bildirilir ki,  hazrıki vəziyyətdə heç bir klub rəsmi olaraq Dənizi heyətinə qatmaqda maraqlı deyil.

 

Qeyd edək ki, 29 yaşlı forvard 2016-cı ildən "Bursaspor"da çıxış edir. O, "timsahlar"ın heyətində meydana çıxdığı 17 qarşılaşmada 6 qol vurub.

Xəbər xətti