Berdıyev yenidən "Rubin"də

13:55 - 9 İyun 2017

Kurban Berdıyevin "Rubin"in baş məşqçi postuna qayıdışı rəsmiləşib.

 

Sportal.az xəbər verir ki, Kazan təmsilçisinin rəsmi sayt türkmənistanlı mütəxəssislə hərtərəfli razılıq əldə olunduğunu açıqlayıb. "Rostov"dan ayrılan 64 yaşlı məşqçi bu postdan istefaya göndərilən ispaniyalı həmkarı Xavyer Qrasiyanı əvəzləyib. 

 
Xatırladaq ki, Berdıyev 2001-2013-cü illərdə də “Rubin”də çalışıb. Onun rəhbərliyi altında Kazan klubu 2 dəfə Rusiya çempionu, 2 dəfə ölkə Superkubokunun, 1 dəfə isə kubokun qalibi olub.

 

Xəbər xətti