"Zirə" PSJ-nin yetirməsini transfer etdi

16:25 - 9 İyun 2017

Avropa Liqasının təsnifat mərhələsinə hazırlaşan “Zirə” daha bir futbolçu ilə güclənib.

 

Sportal.az xəbər verir ki, Mərkəzi Afrikalı David Manqa “qartallar”ın sıralarına qoşulub. Hücumameyilli yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.


28 yaşlı David Manqa Fransanın PSJ klubunun yetiriməsidir. Futbolçu karyerası ərzində Almaniya, İsrail və Serbiyada da çıxış edib. Manqanın son klubu İsrailin “Hapoel Aşkelon” klubu olub.

 

David 2010-cu ildən Mərkəzi Afrika Respublikasının yığma komandasında çıxış edir.

Xəbər xətti