"Zirə"nin yeni transferi VİDEO

17:40 - 9 İyun 2017

Avropa Liqasının təsnifat mərhələsinə hazırlaşan “Zirə” Mərkəzi Afrikalı futbolçu David Manqanı heyətinə qatıb.

 

28 yaşlı David Manqa Fransanın PSJ klubunun yetiriməsidir. Futbolçu karyerası ərzində Almaniya, İsrail və Serbiyada da çıxış edib. Manqanın son klubu İsrailin “Hapoel Aşkelon” klubu olub.

 
David 2010-cu ildən Mərkəzi Afrika Respublikasının yığma komandasında çıxış edir.

 

Sportal.az Manqanın performansından hazırlanmış videonu təqdim edir:

 

Xəbər xətti