"Səbail" Premyer Liqanın hazırlıqlarına başlayır

13:18 - 10 İyun 2017

Növbəti mövsümdən Premyer Liqada mübarizə aparacaq "Səbail" klubu iyunun 12-dən məşqlərə start verir.

 

Sportal.az xəbər verir ki, debütant Samir Əliyevin rəhbərliyi altında 12 iyundan etibarən "Dalğa Arena"da hazırlıqlara başlayacaq.

 

Komanda iyulun 6-na qədər məşqlərini Bakıda davam etdirməsi planlaşdırılıb. "Səbail"in bu müddətdə 3 yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub. Rəqiblərin adı isə hələlik məlum deyil.

 

Bayıl təmsilçisi iyulun 6-dan sonra toplanış üçün ölkə xaricinə üz tutacaq. 

Xəbər xətti