Millimizin yeni formalarının qiyməti məlum oldu

13:37 - 10 İyun 2017

Futbol üzrə Azərbaycan milli komandasının yeni formaları satışa çıxarılıb. 

 

Sportal.az xəbər verir ki, satış bu gün Şimali İrlandiya ilə 2018-ci il dünya çempionatının seçmə qrup oyunundan əvvəl Tofiq Bəhramov adına Respublika stadionunda yerləşən satış məntəqələrində təşkil olunacaq. 

 

Yeni oyun forması limitli sayda endirimlə satılacaq. Qiymət isə 68 manatdır. 

 

Qeyd edək ki, Azərbaycan - Şimali İrlandiya matçı saat 20:00-da başlanacaq.

Xəbər xətti