"Sumqayıt" yeni transferini rəsmən açıqladı

15:15 - 10 İyun 2017

"Sumqayıt" 2017/2018 mövsümü üçün növbəti transferini həyata keçirib.

 

Sportal.az xəbər verir ki, "Gənclik şəhəri təmsilçisi" son olaraq "Zirə"də çıxış etmiş Cavid Tağıyevi heyətinə qatıb. 24 yaşlı futbolçuyla 1 illik müqavilə imzalanıb.

 
Qeyd edək ki, Cavid Tağıyev "Zirə"dən başqa, "Turan, AZAL və "Qarabağ"ın şərəfini qoruyub. O, həmçinin vaxtilə Azərbaycanın U-19, U-21 və A millinin şərəfini qoruyub.

Xəbər xətti