Prosineçki 3 futbolçunun xidmətindən imtina etdi

15:50 - 10 İyun 2017

Azərbaycan və Şimali İrlandiya milli komandalarının 2018-ci il dünya çempionatının seçmə qrup matçı üçün iştirak ərizəsi müəyyənləşib. 

 

Sportal.az verir ki, meydan sahiblərinin 3 oyunçusu 23 nəfərlik siyahıdan kənarda qalıb.

 

Renat Dadaşov, Ürfan Abbasov və Elvin Məmmədovdur. Dadaşov Almaniya "Ayntraxt"ından dəvət alıbsa, Abbasovla Məmmədov hazırda "Qəbələ"nin üzvüdürlər. Baş məşqçi Robert Prosineçki hər 3 futbolçunu oyun iştirakçıları siyahısından kənarda saxlamağı məqsədəuyğun sayıb.

 

Şimali İrlandiya yığmasının baş məşqçisi isə 25 futbolçuya dəvət göndərsə də, zədəli Kreyq Ketkartı Bakıya gətirməyib. Eyni zamanda, təcrübəli mütəxəssis bugünkü oyunun sifariş ərizəsinə İngiltərə "Oldhem"inin müdafiəçisi Rayan Maklaflini daxil etməyib.  

 

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Şimali İrlandiya matçı saat 20:00-da başlanacaq. (report)

Xəbər xətti