"Real" Zidana yeni müqavilə təklif etdi

16:46 - 10 İyun 2017

"Real" baş məşqçisi Zinəddin Zidanla yeni müqavilə imzalayacaq.

 

Sportal.az xəbər verir ki, bu barədə AS qəzeti məlumat yayıb. "Kral klubu" fransalı mütəxəssisə 3 illik müqavilə təklif edib.

 

Qeyd edək ki, Zidan 2016-cı ildən "Real"ı çalışdırır. Mütəxəssis son mövsüm komandası ilə La Liqa və Çempionlar Liqasının qalibi adını qazanıb.

Xəbər xətti