Millimizin braziliyalıları - Almeyda 6-cı olacaq

17:17 - 10 İyun 2017

DÇ-2018-in seçmə mərhələsində 6-cı turu çərçivəsində milli komandamız da bu gün Şimali İrlandiya millisini qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, yığmamızın start heyətini komandamızın baş məşqçisi Robert Prosineçki dünən baş tutan mətbuat konfransında açıqlayıb. Start heyətdə "Qarabağ"ın yarımmüdafiəçi Riçard Almeyda da yer alıb. Braziliyalı futbolçu bu gün millimizin heyətində debüt oyununu keçirəcək.

 

Bununla da millimizdə oynayacaq braziliyalıların sayı altıya çatacaq. Daha əvvəl yığma komandamızda oynamış braziliyalı futbolçuları təqdim edirik:

 

Leandro Melino Qomeş - 18 oyun (2006/09-cu illər). Yığmada debüt matçını 2006-cı ilin sentyabrın 6-da Qazaxıstana qarşı oyunda keçirib.

 

Image result for leandro gomes belgium

 

Andre Ladaqa - 11 oyun, 1 qol (2006/08-ci illər). Yığmada 11 oyun keçirib və 1 qol vurub. Debüt matçını 2006-cı ilin sentyabrın 2-də Serbiya və Çernaqoriya millisə qarşı keçirib. Yeganə qolunu isə 2006-cı ilin sentyabrın 6-da Qazaxıstana vurub.

 

Image result for andre ladaqa

 

Ernani Pereyra - 12 oyun (2006/11-ci illər). Yığmada ilk oyununu 2006-cı ilin oktyabrın 7-də Portuqaliyaya qarşı keçirib.

 

Image result for Ernani Pereira azerbaijan

 

Fabio Luiş Ramim - 16 oyun, 4 qol (2008/12-ci illər). Fabio millidə debüt matçını 2008-ci ildə Bosniya və Herseqovina ilə oyunda keçirib. Ramim qollarını Andorra, İslandiya, Özbəkistan və İordaniya komandalarında vurub.

 

Image result for fabio luis ramim

 

Markus Ferreyra Xavyer - 2 oyun (2007-ci il). Yığmada debüt oyununu 2007-ci ildə Özbəkistanla matçda keçirib.

Xəbər xətti