Kayl Laffertidən "Qarabağ" açıqlaması

22:41 - 10 İyun 2017

Şimali İrlandiya millisinin üzvü Kayl Lafferti adı mətbuatda son ölkə çempionu "Qarabağ"la hallanır.

 

Sportal.az xəbər verir ki, "Norviç Siti"nin 29 yaşlı forvardı bu gün baş tutan Azərbaycan - Şimali İrlandiya matçından (0:1) sonra iddialara aydınlıq gətirib:

 

"Qarabağ"dan mənimlə əlaqə saxlamayıblar. Amma Bakı şəhəri çox xoşuma gəldi. "Qarabağ"a transfer olmağın əleyhinə deyiləm. Niyə də yox!?"

 

Qeyd edək ki, Lafferti bu mövsüm "Norviç"in heyətində 17 oyun keçirib, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti