Cavid Hüseynov: "Şoka düşmüşdük"

00:30 - 11 İyun 2017

“Futbolu biz oynadıq, rəqib qol vurdu. Nə edə bilərik?”

 

Sportal.az xəbər verir ki, bu sözlər millimizin futbolçusu Cavid Hüseynov deyib. DÇ-2108-in seçmə mərhələsində Şimali İrlandiya ilə qarşılaşan yığmamız 0:1 hesabı ilə məğlub olub. Oyundan sonra açıqlama verən təcrübəli yarımmüdafiəçi matç zamanı fərqlənmək üçün bir neçə epizodlarının olduğunu deyib: “Bir neçə şansımız oldu. Amma yararlana bilmədik. Rəqib isə heç nədən qol vurdu. Onlar üçün hədiyyə idi. Qol vurduqlarına özləri də inana bilmirdilər”.

 

Hüseynov rəqibin son dəqiqəə qol vuracağını gözləmədiyini vurğulayıb: “Rəqibin son dəqiqələrdə qol vuracağını düşünmürdüm. Çünki müdafiəçilərimiz çox yaxşı oyun sərgilədilər. Son dəqiqəyə qədər onlara oynamaq imkanı vermədik. Məğlub olduğumuza görə çox təəssüflənirəm, danışmağa söz tapa bilmirəm”.

 

Cavid rəqibin bütün həmlələrinə yaxşı cavab verdiklərini söyləyib: “Nəinki standart vəziyyət, bütün həmlələrin qarşısını kəsməyə hazır idik. Düşünürəm ki, oyunboyu rəqibə yaxşı müqavimət göstərdik. Buraxdığımız qola gəlincə, şoka düşmüşdük”.

Xəbər xətti