Paşayevin klubu dağılır

12:10 - 11 İyun 2017

Azərbaycan milli komandasının müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi Ukraynanın “Stal” klubu fəaliyyətini dayandıra bilər.

 

Sportal.az xəbər verir ki, belə bir iddia ilə Ukraynanın “Futbol 1” telekanalı çıxış edib. Bildirilir ki, Kamenski klubu ağır maliyyə böhranı keçirir. Bu səbəbdən düz 4 aydı futbolçulara maaş verilmir. Hətta baş məşqçi Leonid Kuçuk da “Stal”ı tərk edərək Rusiyanın “Rostov” komandasına keçib.

 

Artıq Rusiya təmsilçisi rəsmi saytı vasitəsilə yeni baş məşqçisini ictimaiyyətə təqdim edib. Xəbərdə o da qeyd olunur ki, ötən mövsüm Ukrayna Premyer Liqasında 8-ci yeri tutan “Stal”ı yeni mövsümdə yüksək liqada “Desna” əvəzləyə bilər.

Xəbər xətti