"Bursaspor"un prezidenti: "Prosineçki ilə razılaşmışıq"

14:49 - 11 İyun 2017

“Çox güman ki, gələn həftə komandamızın yeni baş məşqçisinin adını açıqlayacağıq. Bu barədə geniş məlumatı rəsmi müqavilə imzaladıqdan sonra deyə bilərəm. Robert Prosineçki ilə danışıqlarımız davam edir. Onun hazırda Azərbaycan Futbol Federasiyası ilə müqaviləsi davam edir”.

 

Sportal.az xəbər verir ki, bu sözləri Türkiyənin “Bursaspor” klubunun prezidenti Ali Ay deyib. O, bildirib ki, millimizin baş məşqçisi ilə razılıq əldə ediblər:

 

“Prosineçki ilə razılaşmışıq. Çox güman ki, yeni baş məşqçimiz o olacaq. Məsələnin  80 faizini həll etmişik. Amma müqavilə imzalamadan bu məsələ qəti şəkildə həllini tapıb deyə bilmərik. Əgər Prosineçki ilə bağlı nəsə problem çıxsa, başqa namizədlərimiz də var”. 

 

Xatırladaq ki, xorvatiyalı mütəxəssisin AFFA ilə müqaviləsi cari ilin sonunda başa çatır.

Xəbər xətti