"Neftçi" "Caspian Cup-2017" turnirində 5-ci oldu

17:35 - 11 İyun 2017

"Neftçi” PFK-nın U-14 komandası Rusiyanın Mahaçqala şəhərində keçirilən "Caspian Cup-2017” beynəlxalq turnirində 5-ci yeri tutub.

 

Sportal.az xəbər verir ki, qrupda Tbilisi "Dinamo”su (1:5), Vladiqafqaz "Yunost”u (2:3) və Mahaçqala "Anji”si (0:5) ilə qarşılaşmış "Neftçi” 5-8-ci yerlər uğrunda oyunlarda Qroznı "Ramzan”ına (1:0) və Vladiqafqaz "Yunost”una (1:0) qalib gəlib.

 

Komandanın turnirdə vurduğu 5 qoldan 3-nə Gülağa Əsədov, hərəyə birinə isə Mirəli Əhmədov və Yaşar Əhmədov imza atıblar. 

Xəbər xətti