Zlatan İbrahimoviç ABŞ-a gedir

19:02 - 11 İyun 2017

"Mançester Yunayted"dən ayrılan Zlatan İbrahimoviç ABŞ-a gedir.

 
Sportal.az xəbər verir ki, bu barədə məşhur “Marca” nəşri məlumat yayıb. İsveçli forvard "Los Anceles Qalaksi" klubu ilə anlaşıb. 35 yaşlı futbolçu yaxın günlərdə Kaliforniyaya gedərək müalicəsini davam etdirəcək və 2018-ci ilin mart ayında başlayacaq MLS-ə hazır olacaq.
 
Qeyd edək ki, İbrahimoviç zədə səbəbindən ilin sonuna qədər futboldan kənarda qalacaq. O, bu mövsüm keçirdiyi 46 oyunda 28 qol vurub və 9 assist edib.

Xəbər xətti