Prosineçki: "Jurnalistlər acı məğlubiyyətin əvəzinə "Bursaspor" haqda danışmağımı istədilər"

12:03 - 12 İyun 2017

Millimizin baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, təcrübəli çalışdırcı Azərbaycan – Şimali İrlandiya oyunundan sonra baş tutan mətbuat konfransında baş verən hadisələrdən və Türkiyənin “Bursaspor” klubuna keçəcəyi ilə bağlı yayılan xəbərlərdən danışıb. Çalışdırcı əvvəlcə bunları deyib:

 

“Bursaspor” haqda ətraflı danışmaq istəmirəm. Bunu Şimali İrlandiya ilə oyundan öncə baş tutan mətbuat konfransında da demişdim. Ancaq oyundan sonra bu barədə sual verildi. Azərbaycanlı jurnalistlər son dəqiqədə buraxdığımız qol və acı məğlubiyyət haqda danışmaq əvəzinə daha çox “Bursaspor” barəsində danışmağımı istədilər. Çox qəzəbli idim”.

 

Prosineçki bu gün AFFA rəhbərliyi ilə görüşəcəyini deyib:

 

“Mənim AFFA ilə dekabr ayının əvvəlinə qədər müqaviləm var. Amma bu gün rəhbərliklə görüşəcəyəm. Bundan sonra gələcəklə bağlı ətraflı danışmaq olar”. 

Xəbər xətti