ŞOK! "Neftçi"nin sabiq futbolçusu dəhşətli qəzada dünyasını dəyişdi

15:48 - 12 İyun 2017

"Neftçi"nin sabiq futbolçusu Jonas Pesalli avtomobil qəzasında dünyasını dəyişib.

 

Sportal.az xəbər verir ki, hadisə Pessallinin vətəni Braziliyada baş verib. 26 yaşlı oyunçunun ölümünə səbəb olan qəza bu gün Braziliyada baş verib. Onun idarə etdiyi "Audi" markalı avtomobil işıq dirəyinə çırpılıb. Futbolçu hadisə yerində dünyasını dəyişib. Onun avtomobilində olan digər sərnişin isə ağır yaralanıb.

 

İddialara görə, Pesalli dostu ilə ad günü tədbirindən gəlirmiş.

 

Hadisə şahidləri qəza ilə bağlı bunları deyiblər: "Təssüf ki, biz hadisə yerinə çatana qədər Pessalli dünyasını dəyişmişdi. Biz çox ciddi qəzadan onun cəsədini güclə çıxara bildik".

 

Pesallinin ölümünü formasını geyindiyi "Parana" klubu da təsdiqləyib. Onun son komandası bu haqda sosial şəbəkə hesabında məlumat yayıb: "Təəssüf hissi ilə bildirməliyik ki, oyunçumuz Jonas Pesalli avtomobil qəzasında dünyasını dəyişib".

 

Qeyd edək ki, Pesalli ötən mövsüm "Neftçi"dən "Parana"ya transfer olunmuşdu.

 

 

Xəbər xətti