"Fənərbaxça"dan rəsmi transfer

16:35 - 12 İyun 2017

Fənərbaxça” mövsümlərarası fasilədə ikinci transferini rəsmən açıqlayıb. Sportal.az xəbər verir ki, “sarı-bülbüllərr” bu dəfə əcnəbi futbolçu ilə anlaşıblar.

 

Belə ki, öncə “Trabzonspor”dan Mehmet Ekicini transfer edən İstanbul nəhəngi bu dəfə “Lion”un yarımmüdafiəçisi Matyu Valbuenanı heyətinə qatıb. 33 yaşlı hücumameyilli oyunçu ilə hərtərəfli razılıq əldə edilib.

 

Bu gün İstanbula gələn futbolçu ilə yaxın günlərdə rəsmi müqavilə imzalanacaq. 

 

Qeyd edək ki, ötən mövsüm “Lion”un heyətində 43 matçda iştirak edən Valbuena 10 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti