"Neftçi"dən 2 rəsmi transfer

18:05 - 12 İyun 2017

"Neftçi” iki futbolçu ilə transferi rəsmiləşdirib.

 

Sportal.az xəbər verir ki, bu haqda klubun saytı yayıb. Müdafiəçi Məhəmməd Mirzəbəyov və qapıçı Rəşad Əzizli ilə müqavilə imzalanıb.

 

26 yaşlı Mirzəbəyov 2015-ci ildən etibarən Azərbaycan milli komandasının heyətində 15 oyun keçirib. 2011-2013-cü illərdə "Neftçi”də çıxış etmiş 23 yaşlı Əzizli isə 15, 17, 19 və 21 yaşadək yığma komandalarımızın üzvü olub.

 

Xatırladaq ki, M.Mirzəbəyov son mövsümü "Qəbələ", Rəşad Əzizli isə "Səbail"də keçirib.

Xəbər xətti