İsko: "Yaxın gələcəkdə yeni müqavilə imzalanacaq"

19:19 - 12 İyun 2017

"Real" yaxın günlərdə İsko ilə müqaviləni yeniləyəcək. 

 

Sportal.az xəbər verir ki, bu barədə futbolçu özü məlumat verib. "Bernabeu Digital"a danışan yarımmüdafəçi "Mən dəfələrlə "Real"da qalmaq istədiyimi demişəm. Komanda üçün çıxış etməyə hazıram. Hazırki müqaviləm bir il davam edəcək. Lakin yaxın gələcəkdə yeni müqavilə imzalanacaq", deyə bildirib.

 

 

Qeyd edək ki, 25 yaşlı futbolçu 2013-cü ildən "Real"da çıxış edir. O, "kral klubu"nun heyətində meydana çıxdığı 127 matçda 25 qol vurub.

Xəbər xətti