Prosineçkidən son qərar: "Heç yerə getməyəcəm"

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Türkiyənin “Bursaspor” klubuna keçəcəyi ilə bağlı yayılan xəbərləri növbəti dəfə təkzib edib.

 

Sportal.az xəbər verir ki, xorvatiyalı mütəxəssis ölkəsinin mətbuatına verdiyi açıqlamada “yaşıl timsahlar”ın “sükanı arxası”na keçməyəcəyini deyib: “Mənim AFFA ilə müqaviləm ilin sonunda başa çatır. Növbəti dəfə demək istəyirəm ki, müqaviləmin sonuna qədər millidə qalacam. Mətbuat çox şey yaza bilər. Amma mən heç yerə getməyəcəm”.

 

Qeyd edək ki, Prosineçkinin AFFA ilə müqaviləsi cari ilin dekabr ayının 4-də başa çatacaq.

Tarix: 13 İyun [00:18]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
26 İyun 2017
25  İyun 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio