Estoniyalı bombardir Premyer Liqamıza gəlir? - AÇIQLAMA

10:58 - 13 İyun 2017

Polşa Ekstraklasasında çıxış edən “Yagelloniya” klubunun yarımmüdafiəçisi Konstantin Vasilyev karyerasını Azərbaycanda davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, onunla maraqlan klub avrokuboklarda mübarizə aparan komandadır. Vasilyev isə açıqlmasında bildirib ki, tez qərar vermək niyyətində deyil:

 

“Qərarımı bu həftənin sonuna qədər də verə bilərəm, amma gözləyirəm. “Yagelloniya” ilə müqavilə başa çatıb. Klubda qalacam? Bu barədə qərar verməmişəm, tələsmək istəmirəm. Təkliflər çoxdur, götür-qoy edirəm. İyunun sonuna qədər qərarımı verəcəm”.

 

Qeyd edək ki, Vasilyevin qışda da Premyer Liqamıza gələcəyi gözlənilirdi. Lakin komandası çempionluq uğrunda mübarizə apardığı üçün Konstantini buraxmamışdı. Polşa mətbuatı onun xidmətində “Neftçi”nin maraqlı olduğunu iddia etmişdi.

 

32 yaşlı hücumameyilli yarımmüdafiəçi Polşa Ekstraklasasında mövsümün 2-ci ən yaxşı oyunçusu seçilib. O, bu mövsüm 13 qol vurub və 11 assist edib. 

Xəbər xətti