"Səbail"dən legioner transferi

13:54 - 13 İyun 2017

Yeni mövsüm Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Səbail” transfer çalışmalarını davam etdirir.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi daha bir futbolçu ilə anlaşıb. “Aslanlar” türkmənistanlı Elman Taqayevin keçidini həll edib. Onunla 1 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Elman Taqayev 2012/13 mövsümündə AZAL-da çıxış edib. 28 yaşlı yarımmüdafiəçi 2012-ci ildən Türkmənistan millisinə dəvət alır.  

Xəbər xətti