"Qarabağ"da ayrılıq

15:38 - 13 İyun 2017

“Qarabağ” yarımmüdafiəçisi Muarem Muaremlə yolları ayırıb.

 

Sportal.az xəbər verir ki, makedoniyalı futbolçuyla başa çatan müqavilə yenilənməyib.

 

Qeyd edək ki, Muarem Muarem 2012/15 mövsümündə "Qarabağda oynayıb. Daha sonra Türkiyənin “Eskişehirspor” klubuna keçən 28 yaşlı yarımmüdafiəçi 2016-cı ildə yenidən “Qarabağ”a qayıtmışdı.

 

Muarem ötən mövsüm ümumilikdə 34 oyun keçirib və 7 qol vurub.

Xəbər xətti