Qrizmann "Atletiko" ilə yeni müqavilə imzaladı

16:20 - 13 İyun 2017

Madridin "Atletiko" klubunda yeni müqavilə imzalanıb.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi aparıcı futbolçularından olan Antuan Qrizmannla 2021-ci ildə başa çatmalı olan sözləşmənin müddətini daha bir il uzadıb. Beləliklə, fransız forvard 2022-ci ilin yayınadək La Liqa təmsilçisinin uğurları üçün çalışacaq.

 

Qeyd edək ki, 26 yaşlı hücumçu 2014-cü ildən "Atletiko"da çıxış edir. O, madridlilərin heyətində meydana çıxdığı 111 qarşılaşmada 60 dəfə fərqlənib.

 

Görüntünün olası içeriği: 1 kişi, gülümsüyor, ayakta ve yazı

Xəbər xətti