Azarkeşlər Amil Yunanovu seçdi

16:35 - 13 İyun 2017

"Sumqayıt" Futbol Klubunun rəsmi internet səhifəsində yer alan sorğunun nəticəsinə əsasən, hücumçu Amil Yunanov 2016/17 futbol mövsümü üçün sumqayıtlı azarkeşlərin ən çox bəyəndiyi futbolçu seçilib.

 

Sportal.az xəbər verir ki, 200 nəfər iştirakçı arasında keçirilmiş sorğuda 24 yaşlı futbolçu 39 faiz səs toplayıb.

 

Qeyd edək ki, Amil Yunanov 2016/2017 mövsümündə "Sumqayıt" Futbol Klubunun heyətində 23 qarşılaşmada 1306 dəqiqə meydanda olub və 6 qola imza atıb.

 

Xəbər xətti