Vüqar Nadirov rəsmən "Səbail"də

19:40 - 13 İyun 2017

"Qarabağ"ın və Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Nadirovun "Səbail"ə keçidi rəsmiləşib.

 

Sportal.az Premyer Liqada debüt etməyə hazırlaşan klubun "Facebook"dakı rəsmi səhifəsinə istinadla xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

 

Son klubu "Qarabağ" olan təcrübəli oyunçu milli komandamızın heyətində 61 oyuna çıxıb. Vüqar Nadirov indiyədək "Karvan", "Masallı", "Xəzər Lənkəran", "Qəbələ", "İnter" kimi klubların heyətində də çıxış edib.

 

Qeyd edək ki, "Səbail" daha öncə Kamal Qurbanov, Emin Mehdiyev, Yamin Ağakərimzadə, Aqşin Muxtaroğlu və Raul Yaqubzadənin də transferini rəsmən açıqlamışdı.

Xəbər xətti