Zaur Svanadze: "Çatışmayanlar üzərində işləyəcəyik"

01:09 - 14 İyun 2017

Türkiyədə təlim-məşq toplanışında olan "İnter" bu gün "Zirə" ilə yoxlama matçı keçirib.

 

Sportal.az xəbər verir ki, 0:2 hesablı məğlubiyyətdən sonra komandanın baş məşqçisi Zaur Svanadze qarşılaşma barədə fikirlərini açıqlayıb:

 

"Məşq yükləmələri nəticəsində yaranmış yorğunluq fonunda oynadıq. Bəzi futbolçular yorğun görünürdülər. Birinci dəqiqədə qolu rəqibə hədiyyə etdik. Sonra irəliyə can atdıq, qol vəziyyətləri yaratdıq, lakin hesabı bərabərləşdirə bilmədik. İkinci hissədə digər futbolçulara da şans verdik. Toplanış çərçivəsində daha bir oyun keçirəcəyik. Hazırlığımızı davam etdirəcəyik, çatışmayanlar üzərində işləyəcəyik".

Xəbər xətti