Ayxan Abbasov: "Avroliqaya tam hazır olmağa çalışacağıq"

01:23 - 14 İyun 2017

“Zirə”nin baş məşqçisi Ayxan Abbasov Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində “İnter”ə qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

 

Sportal.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri oyunla bağlı bunları söyləyib:

 

“İlk yoxlama oyunumuz idi. İki heyətlə oynadıq. Bizim üçün futbolçuların meydandakı hərəkətliliyi vacib idi. Ötən həftə ağır məşqlərimiz oldu, bu həftə isə əsasən taktiki-texniki hazırlıq üzərində işləmişdik. Müəyyən tapşırıqlarımız var idi ki, futbolçuların onu necə yerinə yetirməsini görmək istəyirdik. Futbolçular da verilən tapşırıqları yerinə yetirməyə çalışdılar. Ümumilikdə, hər iki hissədən razı qaldım. Bununla belə, görüləcək işlər çoxdu. Çünki bizə yeni qoşulan futbolçular da var. Onların da uyğunlaşması üçün zamana ehtiyac var. Qarşıdakı yoxlama oyunlarında çatışmazlıqları aradan qaldıraraq, Avropa Liqasına tam hazır olmağa çalışacağıq".

Xəbər xətti