Millimizin sabiq kapitanı açıqladı: "Yığmada işləmək mənim üçün şərəfdi"

00:42 - 14 İyun 2017

Mətbuatda millimizdən ayrılan məşqçi Elxan Abdullayevi Tərlan Əhmədovun əvəzləyəcəyi haqda xəbərlər yayılıb.

 

Sportal.az məsələ ilə bağlı Əhmədovun mövqeyini öyrənib. Saytımıza açıqlama verən mütəxəssis AFFA-dan heç bir təklif almadığını bildirib:

 

"Xeyr, mənə heç bir təklif olmayıb. Əgər dəvət gələrsə, qəbul etməyə hazıram. Bütün millilərdə işləmək mənim üçün şərəfdi. Vaxtilə yığmada oynamışam, kapitan olmuşam, bu şərəfə nail olmuşam. İndi də əsas milli komandada məşqçi kimi işləməkdən məmnun olaram. Niyə də istəməyim ki? Milliyə kömək etməyə hər zaman hazır olmalıyıq". 

Xəbər xətti