Türkiyə Super Liqasında oynamış futbolçu "Zirə"də baxışdadır

10:59 - 14 İyun 2017

Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Zirə" baxışa yeni futbolçu dəvət edib.

 

Sportal.az xəbər verir ki, söhbət kamerunlu Josep Boumdan gedir. "Qartallar"ın Boludakı təlim-məşq düşərgəsinə qoşulan mərkəz müdafiəçisi dünən Bakının "İnter" klubu ilə yoxlama görüşündə meydana çıxıb. O, son zamanlar oynamadığı üçün baxışa dəvət olunub. Futbolçu ilə bağlı yekun qərarı məşqçilər korpusu yoxlama görüşlərindən sonra verəcəklər. Əgər legioner futbolçunun çıxışı baş məşqçi Ayxan Abbasovu qane etsə, onunla rəsmi müqavilə imzalanacaq. Əks halda, Boum bakılıların düşərgəsini tərk etməli olacaq. 

 

Jozefin karyerası Türkiyə çempionatı ilə bağlı olub. 27 yaşlı futbolçu karyerası ərzində "Mersin İdman Yurdu", "Antalyaspor", "Osmanlıspor" və "Qaziantep BB" kimi klublarda forma geyinib.

Xəbər xətti