Millimizin futbolçusu baş məşqçisiz qala bilər

Millimizin baş məşqçisi Emin Mahmudovun formasını geyindiyi Portuqaliyanın “Boavişta”  klubu baş məşqçisiz qala bilər.

 

Sportal.az xəbər verir Portu təmsilçisinin baş məşqçisi Migel Leal yaxın günlərdə vəzifəsindən ayrıla bilər. Məsələ burasındadır ki, mütəxəssisin xidmətində Yunanıstanın PAOK klubu maralıdır. Saloniki təmsilçisi hazırda bir müddət öncə təklif göndərdiyi baş məşqçidən cavab gözləyir.

 

Portuqaliyanın “A Bola” nəşri isə bu keçidin baş tutma ehtimalının az olduğunu iddia edir. Çünki “Boavişta” müqaviləsi olan baş məşqçi üçün PAOK-dan 250 min avro məbləğində təzminat tələb edir.

 

Qeyd edək ki, Migel Leal ötən mövsümün gedişində “damalılar”ın baş məşçisi təyin olunmuşdu.

Tarix: 14 İyun [14:34]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Avqust 2017
19  Avqust 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: sportal@mail.ru | site by Five studio