Albaniya millisinin baş məşqçisi vəzifəsindən getdi

Albaniya millisinin baş məşqçisi Canni De Byazi yığmadan ayrılıb.

 

Sportal.az xəbər verir ki, bu barədə mütəxəssis "Football İtalia"ya açıqlamasında bildirib:

 

"Çox fikirləşdim və qərara gəldim ki, Albaniya millisini tərk edim. Daha bu millinin baş məşqçisi deyiləm. Bu, təbii prosesdir. Hər şeyin əvvəli olduğu kimi, sonu da var. Albaniya futbolunda hər şey möhtəşəmdi, heç bir inqilabi dəyişikliyə ehtiyac yoxdu".

 

Qeyd edək ki, Albaniya millisi DÇ-2018-in seçmə mərhələsində G qrupunda 9 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

 

Xatırladaq ki, "Qarabağ"ın futbolçusu Ansi Aqolli Albaniya millisinin şərəfini qoruyur. Komandanın kapitanı olan təcrübəli futbolçu Canni De Byazinin bu qərarından sonra sosial şəbəkə hesabında ona gördüyü işlər üçün təşəkkür edib.

Tarix: 14 İyun [15:47]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
12 Dekabr 2017
11  Dekabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio