"Jilina" Ramil Şeydayev üçün "Trabzonspor"a müraciət etdi

17:54 - 14 İyun 2017

Slovakiyanın "Jilina" klubu Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin transfer hüququnu ələ keçirmək niyyətindədi.

 

Sportal.az xəbər verir ki, "Jilina" rəhbərliyi bunun üçün "Trabzonspor"a müraciət edib. Türkiyə mətbuatının yazdığına görə, 21 yaşlı hücumçu üçün "bordo-mavililər"ə 500 min avro təklif olunub.

 

"Trabzonspor" isə 2 milyon avro istəyib. Lakin Türkiyə təmsilçisi oyunçunun çox da bazarlıq etmədən ən münasib şərtlərlə verilməsini qərara alıb.

 

Qeyd edək ki, Ramil Şeydayev "Trabzonspor"a 2016-cı ilin yayında Rusiya "Zenit"indən transfer olunub. Lakin o, qışda "Jilina"ya 1,5 illik icarəyə verilib. Slovakiya təmsilçisinin heyətində 12 oyuna 6 qol və 2 məhsuldar ötürmə müəllifi olan Şeydayev ölkə çempionluğunu da qazanıb.

Xəbər xətti