Qurban Qurbanov: "Bütün fikrim "Qarabağ"la bağlıdı" MÜSAHİBƏ

Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün “Bakı” ilə keçirdikləri yoxlama oyununun ilk hissəsindən sonra jurnalistlərin sullarını cavablandırıb.

 

Sportal.az həmin müsahibəni təqdim edir:

 

- Hazırlıqlar necə gedir?

- Hər-hansı fikir bildirmək üçün hələlik tezdir. Hazırlıq ümümən pis deyil, amma istədiyimiz kimi çalışa bilmirik. Bəzi oyunçularımız müəyyən səbəblərdən komanda ilə birgə deyil, aşağı yaş qruplarından futbolçular cəlb etmişik. Bizimlə yoxlama oyununa razılıq verdiyi üçün “Bakı”ya təşəkkür edirik. Rəqibin kimliyindən asılı olmayaraq, yoxlama matçına çıxmaq vacibdir. Hələ ki, ilk oyundu. Futbolçulardan istədiyimizi ala bilmirik. Bu gün hazırlıqlarımızın ilk hissəsini baça vururuq.  İki gündən sonra Avstriyaya təluim-məşq toplanışına yollanacağıq.

 

- Bir ara CAR millisinin üzvü Tokelo Rantienin adı “Qarabağ”la birgə hallanırdı. Ümumiyyətlə, yaxın günlərdə komandaya yeni futbolçular cəlb olunacaqmı?

- Bir neçə futbolçu transfer etmək istəyirik. Amma əfsuslar olsun ki, danışıq apardığımız iki futbolçu ilə son anda razılaşa bilmədik.

 

- Problem maliyyə ilə bağlı idi?

- Xeyr. Sadəcə, həmin futbolçulara digər klublardan da təklif oldu. Görünür, onlar daha sərfəli təklifə üstünlük verdilər.

 

- Bu futbolçular arasında Rantienin adı var idi?

- Bəli, var idi. Təəssüf ki, indiyə qədər heç kimi transfer etməmişik. Bəzi  futbolçularla danışıqlarımız davam edir. Rantienin transferi ilə bağlı dəqiq heç nə deyə bilmərəm.

 

- Muarem Muaremin komandadan gedişi gözlənilməz oldu...

- Muaremin müqaviləsi başa çatmışdı. Təəssüf ki, onunla görüşə bilmədim. Həmin ərəfədə Bakıda deyildim. Amma ona bildirmişdik ki, komandadan gedə bilər. Özü də buna hazır idi. Ola bilər ki, Muarem gələcəkdə yenidən komandamıza qayıtsın.

 

- Muaremə yeni müqavilənin təklif olunmaması elə təəssürat yaradır ki, artıq onun yerinə yeni futbolçu gələcək...

- Təəssüf ki, onun yerini doldura bilməmişik. Ola bilər ki, onun yerinə futbolçu cəlb olundu. Olmasa belə, onun boşluğunu doldura biləcək futbolçularımız var.

 

- Muaremin komandaya çox xeyri olub. Onu hamımız çox istəyirdik...

- Onu göndərmək istəməzdik. Bu, mənim ən çətin qərarlarımdan biri oldu. O da peşəkar futbolçudu, belə şeyləri çox gözəl başa düşür. Bu, işin gedişatıdı.

 

- Muaremin ilk dönəmi uğurlu idi, yoxsa “Əskişəhərspor”dan qayıtdıqdan sonra?

- O, komandaya gələndə gənc idi, adaptasiya olmaq üçün ona çox vaxt lazım oldu. Türkiyəyə gedənə qədər də komandamıza çox fayda verirdi və yaxşı oyun nümayiş etdirirdi. Sadəcə, Türkiyədəki karyerası uğurlu olmadı, oyun praktikası çatışmırdı. Çalışdıq ki, onun bacarığından maksimum istifadə edək.

 

- Dani Kintananın vəziyyəti necədir?

-  Ayın 20-də, Avstriya toplanışı zamanı fərdi məşqlərə başlayacaq. Gedişatdan asılı olaraq onun qayıdacağı tarix bəlli olacaq. Amma hələ onun bərpa prosesinin başa çatmasına çox var.

 

- Prosineçkinin “Bursaspor”a gedəcəyi ilə bağlı xəbərlar yayılanda, sizin də adınız milli komanda ilə birgə hallanırdı. Ümumiyyətlə, AFFA sizə müraciət etmişdi?

- Tövsiyyə etməzdim ki, sizlər də bunu müzakirə edəsiniz. Bu, istər-istəməz hər bir baş məşqçiyə təsir edə bilər. Prosineçkinin işi göz qabağındadır. Fikrimcə, Prosineçki Azərbaycan futbolu üçün çox faydalıdır. Mən də bu barədə düşünmürəm və heç bir danışıq olmayıb. Mənim fikrim hazırda “Qarabağ”la bağlıdır. Ümumiyyətlə, bu məsələyə görə Prosineçkinin üzərinə getməyə ehtiyac yoxdur.

 

- Şimali İrlandiya millisinin üzvü Kayl Laffertinin adı “Qarabağ”la birgə çəkilirdi. Futbolçu özü də mətbuata açıqlamasında bildirdi ki, “Qarabağ”la danışıq aparmağa hazıram...

- Onunla heç bir danışıq aparmamışıq. Laffertinin adı mənim transfer siyahımda olmayıb.

 

- Abbas Hüseynov “Qarabağ”a transfer olunsa da, onun Avropa Liqasında “İnter”ə kömək edəcəyi deyilir...

- Abbas komandamızladı. İkinci hissədə onu meydana buraxacam. “İnter”lə bu məsələ barədə danışmamışıq. (Futbol11.az)

Tarix: 15 İyun [00:04]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 İyun 2017
23  İyun 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio