Yılmaz Vural yenə işsiz qaldı

00:49 - 15 İyun 2017

Türkiyənin “Göztəpə” klubu komandanı Super Liqaya çıxaran baş məşqçisi Yılmaz Vuralla yollarını ayırıb.

 

Sportal.az xəbər verir ki, birinci liqanın bitməsinə 9 həftə qalmış İzmir klubunun “sükanı arxasına” keçən Vural, komandanı Super Liqaya çıxarmışdı. Məşqçi ilə klub rəhbərliyi arasında 1 həftə davam edən danışıqlar müsbət yekunlaşmayıb.

 

“Göztəpə”nin Hamza Hamzaoğlu və ya İbrahim Üzülməzdən biriylə anlaşacağı deyilir.

 

Qeyd edək ki, İzmir təmsilçisi tez-tez iş yerini dəyişməsi ilə yadda qalan Yılmaz Vuralın karyerası ərzində çalışdırdığı 33-cü klub olub.

Xəbər xətti