"Qəbələ" növbəti oyununa çıxır

10:09 - 15 İyun 2017

Avstriyada təlim-məşq toplanışında olan  “Qəbələ” bu gün ikinci yoxlama oyununa çıxacaq. 

 

Sportal.az xəbər verir ki, Roman Qriqorçuk komandası Rusiya Premyer Liqasında çıxış edən “Axmat”la qarşılaşacaq.

 

Mövsümü 5-ci pillədə başa vuran Qroznı təmsilçisi buna qədər “Terek” adlanırdı. 

 

Qeyd edək ki, ilk sınaq matçında yerli “Fulpmes”i 8:0 hesabı ilə darmadağın edən “Qəbələ” daha 2 yoxlama görüşündə qüvvəsini sınayacaq. “Qırmızı-qaralar” ayın 19-da “Botev” (Bolqarıstan), 22-də isə “Ludoqorets”lə (Bolqarıstan) qarşılaşacaq.
 

Yoxlama oyunu
 
20:00. “Qəbələ” – “Axmat”

Avstriya, İnsbruk

Xəbər xətti