Premyer Liqa klubunda baş məşqçi istefası

10:47 - 15 İyun 2017

İngiltərə Premyer Liqasında çıxış edən “Sauthempton”da baş məşqçi istefası reallaşıb.

 

Sportal.az xəbər verir ki, komandanın çalışdırıcısı Klod Pyuellə yollar ayrılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.


Klod Pyuel ötən mövsümün əvvəlindən “Sauthempton”a rəhbərlik edirdi.

 

"Sauthempton" ötən mövsüm Premyer Liqanı 8-ci pillədə bitirib və Liqa kubokunun finalçısı olub.

Xəbər xətti