"Real" məni 14 yaşımdan transfer etmək istəyir"

11:24 - 15 İyun 2017

"Monako"nun futbolçusu Kilian Mbappe gələcək karyerasında danışıb.

 

Sportal.az xəbər verir ki, 18 yaşlı hücumçu yekun qərar vermədiyini deyib:

 

“İndi ailəmlə birlikdə tətilə yollanıram. İstirahətdən qayıtdıqdan sonra karyeramla bağlı qərar verəcəm. Əvvəlcə klubumun nə fikirləşdiyi önəmlidir, axı mən azad agent deyiləm. “Monako” ilə davam edən müqaviləm var. Görək necə olacaq?”

 

Mbappe “Real”a mümkün keçidi haqqında da şərh verib:

 

“Real”? "Kral klubu" məni 14 yaşımdan bəri istəyir. Bu, məni çox məmnun edir”.

 

Qeyd edək ki, gənc futbolçu ilə “Real”la yanaşı, “Liverpul” və “Arsenal” da maraqlanır.

Xəbər xətti